Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.03.2022 11:28
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunun gənc alimi beynəlxalq layihənin yerinə yetirilməsində iştirak edib

Zoologiya İnstitutunun gənc alimi beynəlxalq layihənin yerinə yetirilməsində iştirak edib

AMEA-nın Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının elmi işçisi Sevinc Rəcəbova ekspert ornitoloq vəzifəsində və AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Zooloji tədqiqatlar şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Arzu Məmmədov ekoloq vəzifəsində BP şirkətinin sifarişi ilə “Səngəçal terminalı ətrafında quşların monitorinqi” adlı beynəlxalq layihəni uğurla yerinə yetiriblər.

Ornitoloji monitorinq müddətində Səngəçal terminalı ətrafından materiallar toplanıb və hesabat BP şirkətinə təqdim olunub. Tədqiqat müddətində 55 quş növü qeydə alınıb. Tədqiqat ərazisində bu quş növlərindən Aegypius monachus (Qara kərkəs), Bucanetes githagineus (Səhra qarquşu), Gallinago gallinago (Adi meşə cüllütü), Phoenicurus ochruros (Qara odquyruq) ilk dəfə olaraq qeydə alınıb. Ornitoloji monitorinq müddətində qeydə alınan növlərdən Gyps fulvus (Ağbaş kərkəs), Haliaeetus albicilla (Ağquyruq dəniz qartalı) və Pandion haliaetus (Çay qaraquşu (Balıqcıl qaraquş) yalnız AzərbaycanınQırmızı Kitab”-ının II nəşrinə, Aythya ferina (Qırmızıbaş dalğıc) yalnız Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına (IUCN Red List), Aegypius monachus (Qara kərkəs) və Circus macrourus (Çöl leyi) isə həm Azərbaycanın “Qırmızı Kitab”-ının II nəşrinə, həm də Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına (IUCN Red List) daxildir. Tədqiqat zamanı binokl, teleskop, fotoaparat və təyinedicilərdən istifadə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: