Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.03.2022 12:32
  • A-
  • A
  • A+

Bakı Dövlət Universitetinin tələbələri Neft və Qaz İnstitutunda təcrübə keçirlər

Bakı Dövlət Universitetinin tələbələri Neft və Qaz İnstitutunda təcrübə keçirlər

Bakı Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsinin IV kurs tələbələrinin bir qismi AMEA-nın Neft və Qaz İnstitutunda, o cümlədən onlardan 4 nəfəri şöbə müdiri Bünyad Kazımovun rəhbərliyi ilə Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri şöbəsində təcrübə keçirlər.

Tələbələr təcrübə müddətində şöbədə yerinə yetirilən elmi-tədqiqat işinin mövzusuna uyğun olaraq araşdırılan məsələlər haqqında müfəssəl nəzəri-təcrübi biliklər əldə edir, həmin məsələlərin həllinə tətbiq edilən metodiki yanaşmalar və alınmış müvafiq həll və alqoritmlərin kompüterdə realizasiyası üzrə əməli bacarıqlara yiyələnirlər. Onlar eyni zamanda şöbənin son illər ərzindəki elmi-təşkilati fəaliyyətinə dair zəruri informasiyalar əldə edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: