Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Gəncə üsyanı - azadlığın bayraqdarı” mövzusunda respublika konfransı keçiriləcək
25.04.2022 10:25
  • A-
  • A
  • A+

“Gəncə üsyanı - azadlığın bayraqdarı” mövzusunda respublika konfransı keçiriləcək

27 may 2022-ci il tarixində AMEA-nın Gəncə Bölməsinin təşkilatçılığı ilə “Gəncə üsyanı - azadlığın bayraqdarı” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Konfransın proqramında aşağıdakı istiqamətlər üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulur:

- Azərbaycan Xalq Cümhuriyyəti;

- Qafqaz İslam Ordusu;

- AXC-nin son iqamətgahı Gəncə;

- Gəncə üsyanı və onun nəticələri;

- İstiqlal fədailərinin mühacirət həyatı;

Tezislərin tərtibatına dair tələblər:

Konfransın rəsmi dili: Azərbaycan, rus və ingilis.

- Materiallar konfrasın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir. Həcmi 3-7 səhifə, Times New Roman 12 şriftlə, 1 intervalla, soldan - 30 mm, sağdan - 20 mm, yuxarıdan - 2 mm, aşağıdan - 20 mm. Mətn sətirdən-sətrə keçirilmədən yığılmalı, mətn daxilində olan şəkil, qrafik, cədvəllərin parametri sol və sağ kənardan 30 mm olmalıdır.
- Məruzənin adı böyük hərflərlə, qalın, şrift 12;

- Müəlliflərin adları adi hərflərlə, qalın, şrift 12;

- Elm (təhsil) müəssisənin adı adi hərflərlə, kursiv, şrift 12;

- Məruzəçinin e-mail ünvanı şrift 12;

- Ədəbiyyata istinadlar mətnin içərisində kvadrat mötərizədə verilməlidir;

- İstifadə olunmuş ədəbiyyatların siyahısı əlifba ardıcıllığı ilə göstərilməlidir;

- Məruzəçinin adının altından xətt çəkilməlidir;

- Qeydiyyat forması 1nüsxə.

Materiallar müşayiət məktubu ilə birlikdə AMEA-nın Gəncə Bölməsinin e-mail el-hasanov@mail.ru ünvanına göndərilməlidir.

Tezislərin son göndərilmə tarixi  20 may 2022-ci ildir.

Təqdim olunan məruzələr tələblərə cavab vermədiyi halda konfransın proqramına daxil edilməyəcək.

Məruzələrin məzmununa və təqdim edilən nəticələrə görə məsuliyyəti müəlliflərin özü daşıyır.  

Ünvan: AZ 2000, Heydər Əliyev prospekti 41 (AMEA-nın Gəncə Bölməsi)

Tel.: (+994 22)  256 14 31, (+994 22)  256 42 63

Faks: (+994 22) 256 58 29

E-mail: gb@science.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.     

  • Paylaş: