Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı
26.04.2022 11:15
  • A-
  • A
  • A+

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

2022-ci il üzrə Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına aşağıdakı işlər təqdim edilmişdir.

Elm sahəsində:

1. Əsgər Zeynalov – “Xarici ölkələrdə (Rusiya, Fransa, ABŞ, İngiltərə, Kanada, Hindistan və İsveç) nəşr olunmuş silsilə əsərlər”.

Azərbaycan Dillər Universiteti təqdim etmişdir.

2. İlyas Həmidov, Məmməd Qocayev, Rəna Məmmədova, Leyla Həmidova – “Azərbaycan dilinin frazeologiya luğəti”.

Bakı Slavyan Universiteti təqdim etmişdir.

3. Nazim Verdiyev – “Əruzun riyazi modelləşdirilməsi”- monoqrafiya.

Azərbaycan Texnologiya Universiteti təqdim etmişdir.

4. Urxan Ələkbərov – “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin yeni texnologiyaları sahəsində təhsil” silsiləsindən dərsliklər.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası təqdim etmişdir.

5. Qüdrət Kəlbəliyev, Dilqəm Tağıyev, Sakit Rəsulov - ”Dispers mühitlərdə daşınma fenomenləri” monoqrafiyası (ingilis dilində, London-New-York, CRC Press) və neft dispers sistemləri sahəsində fundamental tədqiqatlar (əsərlərin külliyyatı)”.

Azərbaycan Milli Elmlər Akademiyasının akademik M.Nağıyev adına Kataliz və Qeyri–üzvi Kimya İnstitutu təqdim etmişdir.

6. Nazir Əhmədli – “Zəngəzur və İrəvan bölgələri üzrə kameral təsvirlərin nəşri və onların əsasında aparılan elmi tədqiqatlar”.

Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutu təqdim etmişdır.

7. Yasin Kərimov (Yasin Azərtürk) – “Azərbaycanın tarixi ərazilərindəki yaşayış məntəqələri adlarının erməniləşdirilməsi”- kitab.

“İntellekt” elmi-texniki inkişafa dəstək İctimai Birliyi təqdim etmişdir.

8. Şahbaz Muradov – “Azərbaycan Respublikasının demoqrafik inkişafı: tarixi dəyişikliklər, yeni meyllər, problemlər (1828-2020-ci illər)”- monoqrafiya.

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu təqdim etmişdir.

9. Əlövsət Quliyev – “Azərbaycan kəhrizləri”- monoqrafiya.

Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutu təqdim etmişdır.

10. Mahirə Hüseynova – “Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası”- kitab.

Azərbaycan Dövlət Pedaqoji Universiteti təqdim etmişdir.

11. Ədalət Muradov, Yadulla Həsənli, Nazim Hacıyev – “Neftin dünya bazar qiyməti: təsir edən amillər və proqnozlaşdırma (World Market Price of Oil: Impacting Factors and Forecasting)” – monoqrafiya.

Azərbaycan Dövlət İqtisad Universiteti təqdim etmişdir.

12. Tofiq Məmmədov – “Azərbaycan dendroflorası” (beşcildlik).

Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutu təqdim etmişdır.

13. Nağdəli Zamanov – “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” (dördcildlik).

“Elm və Təhsil-1” Nəşriyyatı təqdim etmişdir.

Texnika sahəsində:

1. Vaqif Fərzəliyev, Həqiqət Cavadova, Əfsun Sucayev, Vasif Abbasov, Səxavət Rüstəmov – “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili”.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti təqdim etmişdır.

2. Vaqif Məhərrəmov – “Kosmik obyektlərin infraqırmızı müşahidə texnikası”.

Azərbaycan Texniki Universiseti təqdim etmişdir.

3. Qurban Yetirmişli, Səbinə Kazımova - “İnnovativ texnologiyalar əsasında yaradılmış seysmoloji və geodinamik monitorinq sistemi, 2006-2021-ci illərin elmi nəşrlər silsiləsi”.

Azərbaycan Milli Elmlər Akademiyasının Seysmoloji Xidmət Mərkəzi təqdim etmişdır.

4. Zeynal Əkpərov, Telman Nizamov, Sevinc Məmmədova, Ənvər İsayev, Məjlum Şükurov - “Kənd təsərrüfatında məhsuldarlığın artırılmasında və bitki genofondunun qorunmasında ozonlaşdırma texnologiyalarının yaradılması və tətbiqi”.

Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu təqdim etmişdır.

Memarlıq sahəsində:

1. Ramiz Hüseynov, Xanlar Əhmədov, Hafiz Mustafayev - “Gəncə Dövlət Dram Teatrının binasının layihəsi”.

Gəncə Şəhər İcra Hakimiyyəti təqdim etmişdir.

Mədəniyyət sahəsində:

1. Cəlal Abbasov - “Qarabağ trilogiyası”- musiqi əsəri.

Azərbaycan Milli Konservatoriyası təqdim etmişdir.

2. Fuad Salayev – “Qarabağnamə“ – heykəltəraşlıq kompozisiyası.

Azərbaycan Rəssamlar İttifaqı təqdim etmişdir.

3. Səlhab Məmmədov, Əli İbadullayev – “Bir sıra xarici ölkələrdə ucaldılmış heykəltəraşlıq əsərləri”.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası təqdim etmişdir.

4. Elbay Qasımzadə, Natiq Rəsulzadə, Şamil Əliyev, Nazim Hüseynov – “Yaradanlar”- sənədli film.

Azərbaycan Respublikasının Memarlar İttifaqı təqdim etmişdir.

Ədəbiyyat sahəsində:

1. Vahid Əziz - “Param-parça illər...”- şerlər kitabı.

Azərbaycan Dövlət Nəşriyyatı “Azərnəşr” təqdim etmişdir.

2. Ramiz Əskərov (Ramiz Əskər) – “Əlişir Nəvayinin xəmsəsinin və risalələrinin tərcüməsi və şairin həyatı və yaradıcılığı haqqında elmi tədqiqat işləri”.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu təqdim etmişdır.

3. Elçin Əfəndiyev, Çingiz Abdullayev, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Aqil Abbas, Seyran Səxavət, Rəşad Məcid, Elçin Hüseynbəyli, Adil Cəmil, Şirindil Alışanlı, Nəsiman Yaqublu – “Qarabağ dastanı: otuz ilin həsrəti – 44 günün zəfəri”- kitab.

Azərbaycan Yazıçılar Birliyi təqdim etmişdir.

Dövlət Mükafatlarına irəli sürülmüş işlərlə ictimaiyyətin geniş tanış olması və müvafiq rəylərin bildirilməsi məqsədilə idarə və təşkilatlardan, ictimai və yaradıcı birliklərdən xahiş olunur ki, yuxarıda göstərilən işlərin müzakirəsini təşkil etsinlər.

Komissiyanın ünvanı: AZ1066 Bakı şəhəri, Lermontov küçəsi, 68,

Azərbaycan Respublikasının Nazirlər Kabineti. E-mail: nk@nk.gov.az

AzərTac

  • Paylaş: