Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.04.2022 12:40
  • A-
  • A
  • A+

Seysmoloji Xidmət Mərkəzi və Böyük Britaniyanın Oksford Universitetinin əməkdaşları birgə tədqiqatlara başlayıblar

Seysmoloji Xidmət Mərkəzi və Böyük Britaniyanın Oksford Universitetinin əməkdaşları birgə tədqiqatlara başlayıblar

Böyük Britaniyanın Oksford Universitetinin əməkdaşları Zəlzələlər və aktiv tektonika üzrə fəlsəfə doktorları Heill Marshall, Ben Johnson və Zəlzələlər və aktiv tektonika üzrə doktorant İan Pierce Azərbaycanda səfərdədirlər.

Səfərin məqsədi Azərbaycan Milli Elmlər Akademiyası ilə Oksford Universiteti arasında elmi əlaqələrin yaradılması istiqamətində imzalanmış Anlaşma Memorandumuna əsasən Azərbaycan ərazisinin seysmikliyi və tektonik aktivliyinin öyrənilməsi sahəsində AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları  ilə birgə tədqiqatlar aparmaqdır.

Qeyd edək ki, birgə paleoseysmoloji tədqiqatların Göyçay, İsmayıllı, Ağsu rayonları, Şirvan şəhəri və Salyan rayonunun ərazisində aparılması nəzərdə tutulub. Artıq birgə işlərə başlanılıb. Çöl şəraitində birgə aparılan işlər may ayının 21-ə qədər davam edəcək.

Aparılan tədqiqatların məqsədi Azərbaycan ərazisində infrastruktur və əhali üçün ciddi seysmik təhlükə yarada biləcək tektonik qırılmaların müəyyən edilməsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: