Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.05.2022 10:32
  • A-
  • A
  • A+

Gənc alim Günel Məlikli təltif olunub

Gənc alim Günel Məlikli təltif olunub

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “İlham Əliyevin siyasi strategiyasında milli prioritetlər”, “Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” əsərlərinə, əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlərinə görə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbalıyev tərəfindən 2021-ci İlin peşəkar gənci fəxri adı və İlin peşəkar gənci döş nişanı ilə təltif edilib.

Günel Məlikli mükafata görə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, təltifetmə mərasimi zamanı gənc alim Günel Məlikli Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə çıxış edib.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: