Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

10.06.2022 12:03
  • A-
  • A
  • A+

Xətai rayonu 249 nömrəli məktəbin şagirdləri Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda olublar

Xətai rayonu 249 nömrəli məktəbin şagirdləri Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda olublar

Bakı şəhəri, Xətai rayonu 249 nömrəli orta məktəbin şagirdləri AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda olublar.

Məktəblilər ziyarət çərçivəsində müəssisənin Monooksigenaz reaksiyalarının modelləşdirilməsi və Analitik kimya laboratoriyalarına baxış keçiriblər. Burada onlara mövcud olan qurğu və müasir cihazlar haqqında məlumat verilib, bidistillə suyun alınması, eləcə də axınlı reaktor sistemli qazfazalı oksidləşmə reaksiyalarının aparıldığı qurğularla tanış olublar. Həmçinin fotoelektrokolorimetrik və xromatoqraf cihazlarının iş prinsipi haqqında məlumatlar alıblar.

Daha sonra şagirdlərə Analitik kimya laboratoriyasının əməkdaşları tərəfindən kimya gecələri üçün nəzərdə tutulan maraqlı reaksiyalar əyani göstərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: