Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

MEK-də 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar sərgi təşkil olunub
16.06.2022 09:30
  • A-
  • A
  • A+

MEK-də 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar sərgi təşkil olunub

AMEA-nın  Mərkəzi Elmi Kitabxanasında 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar virtual və ənənəvi sərgi təşkil olunub.

Sərgiyə Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi vahid siyasi və iqtisadi strategiyanın uğurları, xalqımızın tarixinə həsr etdiyi əsərləri, çıxışları, fərmanlar və digər sənədlər haqqında Azərbaycan və xarici dillərdə materiallar daxildir. Kitablarda XX əsrdə ikinci dəfə müstəqillik qazanmış dünya azərbaycanlılarının lideri Heydər Əliyev şəxsiyyətinin böyüklüyünə, fenomen keyfiyyətlərinə nəzər salınır, Ulu Öndərin siyasi fəaliyyəti geniş aspektlərdən təhlil olunur.

Onların arasında Yaqub Mahmudovun “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” (2002), Abutalıb Səmədovun “Azərbaycanın qurtuluş tarixi” (2004)  və “Həqiqət-necə varsa. Azərbaycan-1993” (2007) çoxcildlikləri, akademik İsmayıl Hacıyevin “Heydər Əliyev siyasəti: tarixdə və günümüzdə” (2013), Leyla Hüseynovanın “Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri” (2011), Fəxrəddin Ağamirzəyevin “Dönüşdən qurtuluşa” (2012), Xanhüseyn Kazımlının “Böyük siyasətin davamı” (2007) çoxcildliyi, “Heydər Əliyev. Ömür və zəmanə 1923-2003” (2006), “Haydar Aliyev ve Azerbaycan`da Yeni Devlet Kuruculuğu (1993-2003)” (2008) kitabları öz əhəmiyyəti ilə seçilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: