Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.08.2022 16:12
  • A-
  • A
  • A+

Gənc mühəndislərin yay düşərgəsində “Universitet-sənaye əməkdaşlığının innovasiya ekosistemində rolu” adlı mühazirə dinlənilib

Gənc mühəndislərin yay düşərgəsində “Universitet-sənaye əməkdaşlığının innovasiya ekosistemində rolu” adlı mühazirə dinlənilib

Yüksək Texnologiyalar Parkının İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin şöbə müdiri Bünyamin Seyidov 20-21 avqust 2022-ci il tarixlərində gənc mühəndislərin yay düşərgəsində “Universitet-sənaye əməkdaşlığının innovasiya ekosistemində rolu” mövzusunda mühazirə ilə çıxış edib.

O, universitet-sənaye əməkdaşlığının mahiyyəti, hədəfləri, idarəetmə mexanizmləri, innovasiyalar, texnoparklar, texnologiyaların transferi və kommersiyalaşdırılması, inkubasiya mərkəzləri haqqında məlumatları təqdim edib, həmçinin gənclərin gələcək inkişaflarına faydalı ola biləcək  tövsiyyələrini səsləndirib.

Mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Tədbir zamanı, həmçinin YTP ilə Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun birgə icra etdiyi “Azərbaycanda texnologiyaların transferi və kommersiyalaşdırılmasının təşviqi üzrə məsləhətləşmələr” (2018-2020-ci illər) layihəsinin yekun hesabatına dair kitablar iştirakçılara təqdim edilib. Kitablarda texnologiyaların transferi və kommersiyalaşdırılması, startap və inkubasiya, test və sertifikatlaşdırma sahələri üzrə maraqlı informasiyalar yer alıb.

Qeyd edək ki, gənc mühəndislərin yay düşərgəsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: