Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.08.2022 14:52
  • A-
  • A
  • A+

Gənc mühəndislərin yay düşərgəsində PUA-ların üstünlükləri və tətbiqlərindən bəhs olunub

Gənc mühəndislərin yay düşərgəsində PUA-ların üstünlükləri və tətbiqlərindən bəhs olunub

Məlum olduğu kimi, Qusar Olimpiya İdman Kompleksində ölkə üzrə gənc alim və mütəxəssislərin, müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə gənc mühəndislərin yay düşərgəsi keçirilir.

Düşərgə çərçivəsində müxtəlif istiqamətlər üzrə keçirilmiş əyani-praktik təlimlərdə Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiya Parkı” MMC-nin direktoru Zahir Nəsirov, Radiasiya Problemləri İnistitutunun əməkdaşları Ramin Səttarov və Mustafa  Kazımov iştirak ediblər.

Təlimdə Zahir  Nəsirov müəssisənin fəaliyyət istiqamətləri, burada görülən işlər, eləcə də Yüksək Texnologiyalar Parkında yaradılmış şərait haqqında gənclərə məlumat verib, onlara öz ideyalarını reallaşdırmaq məqsədilə bu imkanlardan yararlanmağı tövsiyyə edib.

Daha sonra təlimçi Ramin  Səttarov pilotsuz uçuş apartlarının təsnifatı (PUA), onların aerodinamik əsasları, PUA-ın elektronikası, eyni zamanda, PUA-nın yaradılmasında əsas mərhələ sayılan proqram təminatı sahəsində masterklas keçib.

O, PUA-ların fərqləri, özünəməxsus üstünlükləri və tətbiqləri barədə danışıb. Həmçinin müasir elmi yeniliklər, elektronika və proqramlaşma sahəsindəki təcrübəsini gənclərlə bölüşüb.

Ramin  Səttarov proqramlaşdırmaya marağı olan gənclərə hansı proqramlaşdırma dillərindən istifadə etmələrinə dair istiqamətlər verib. Bildirib ki, yaradıcı gənclər daim özlərini inkişaf etdirməli, müasir biliklərə yiyələnməli, müasir texnologiyaların imkanlarından yüksək səviyyədə istifadəni bacarmalıdırlar.

Sonda Ramin Səttarov Radiasiya Problemləri İnstitutunun İnnovasiya mərkəzi ilə Elm Texnologiya Parkının birgə hazırladığı “Məsafədən radioekoloji monitorinq sistemi” haqqında məlumat verərək, bu qurğunun tətbiq imkanlarından danışıb.

Təlim proqramı gənclərin böyük marağına səbəb olub. Fərdi olaraq gənclərlə söhbətlər aparılıb, onların ideyaları dinlənilib, sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: