Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

31.08.2022 15:52
  • A-
  • A
  • A+

Beynəlxalq yay məktəbi iştirakçıları üçün praktiki sahə təlimləri və ekskursiyalar təşkil olunub

Beynəlxalq yay məktəbi iştirakçıları üçün praktiki sahə təlimləri və ekskursiyalar təşkil olunub

Məlum olduğu kimi, 28 avqust - 8 sentyabr 2022-ci il tarixlərində Bakı şəhərində Neft və Qaz İnstitutu, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) və Oslo Universitetinin birgə təşkilatçılığı ilə “Palçıq vulkanları və neft-qaz sistemləri” mövzusunda beynəlxalq yay məktəbi keçirilir.

Yay məktəbinin üçüncü günündə Qırməki dairəsinə və Maykop çöküntülərinin Pirəkəşkül kəsilişinə, o cümlədən Yanardağa praktiki sahə təlimləri və ekskursiyalar təşkil olunub.

Yay məktəbi iştirakçılarını Bakı Ali Neft Məktəbinin professoru, geologiya-minerologiya üzrə fəlsəfə doktoru Rauf Nadirov, Moskva Dövlət Universitetinin əməkdaşı Qriqori Axmanov, Oslo Universitetinin Yer elmləri departamentinin əməkdaşı, fəlsəfə doktoru Adriano Mazzini və Neft və Qaz İnstitutunun Təhsil şöbəsinin müdiri Arif Hüseynov müşayiət ediblər.

Təlimlərdə Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova da iştirak edib.

Praktiki sahə təlimləri 2 sentyabr 2022-ci il tarixinədək davam edəcək.

Qeyd edək ki, yay məktəbi Neft və Qaz İnstitutu, MDU və Oslo Universiteti arasında 2018-ci ildə imzalanmış üçtərəfli müqaviləyə əsasən keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: