Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinə yeni nəşrlər daxil olub
09.09.2022 17:35
  • A-
  • A
  • A+

MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinə yeni nəşrlər daxil olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinə yeni nəşrlər daxil olub.

Nəşrlər sırasında akademik Ziyad Səmədzadənin “Azərbaycan iqtisadiyyatı 100 ildə” (2021) beşcildliyi var. Azərbaycan iqtisad elmi üçün fundamental, dəyərli mənbə olan bu nəşr müəllifin uzunillik elmi-iqtisadi araşdırmalarının və yaradıcılığının növbəti bəhrəsidir. Həmçinin Ş.Əsgərovun “Hamımızın bir Vətəni var, bu da Azərbaycandır” (2000), M.Atakişiyevin “Azərbaycanın yeni neft siyasəti və iqtisadi yüksəliş” (2004), “Azərbaycan regionları. Yeni inkişaf dövrü” (2014) 3 cilddə, K.Abdullanın “Azərbaycançılıq və “Kitabi-Dədə Qorqud” dastanı” (2020), M.Qasımlının “Azərbaycan Respublikasının tarixi (1991-2021)” 2 cilddə, “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq” (2021), Ali Askerin “Azerbaycan düşünce tarihi: evreler, olaylar ve şahsiyetler (19. yüzyılın ortaları - 20. yüzyılın başları)” (2021),  X.Quliyevanın “Ulu öndər Heydər Əliyev siyasətinin müdriklik gücü” (2021) kitabları və digər dəyərli nəşrlər var.

Kitablar tələbələr, tədqiqatçılar, alimlər üçün Azərbaycan Respublikasının tarixini, ictimai-siyasi vəziyyətini, elmi-mədəni mühitini öyrənmək baxımından dəyərli mənbələrdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: