Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.10.2022 09:10
  • A-
  • A
  • A+

“Elmin zirvəsinə ucalan alim ömrü” adlı tədbir keçirilib

“Elmin zirvəsinə ucalan alim ömrü” adlı tədbir keçirilib

Milli Azərbaycan Tarixi Muzeyi və 132-134 nömrəli Təhsil Kompleksinin təşkilatçılığı ilə görkəmli şərqşünas-alim, filologiya elmləri doktoru, ictimai xadim, professor Aida İmanquliyevanın anadan olmasının 83-cü ildönümünə həsr edilən “Elmin zirvəsinə ucalan alim ömrü” adlı tədbir keçirilib.

Tədbirdə muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək, məzunu olduğu 132 nömrəli orta məktəb (indiki 132-134 nömrəli Təhsil Kompleksi) haqqında xatirələrini bölüşüb. Akademik N.Vəlixanlı məktəbin unudulmaz məzunu olan Aida İmanquliyevanın Azərbaycanın elm və təhsil tarixindəki müstəsna rolundan, alimin şərəfli ömür yolundan, elmi yaradıcılığından danışıb. O, professor Aida İmanquliyevanın böyük şərqşünas-alim, pedaqoq, tərcüməçi, parlaq şəxsiyyət olduğunu vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: