Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.10.2022 15:37
  • A-
  • A
  • A+

Rəsədxana əməkdaşları Estoniyada elmi ezamiyyətdədirlər

Rəsədxana əməkdaşları Estoniyada elmi ezamiyyətdədirlər

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) əməkdaşları - Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin müdiri Canməmməd Rüstəmovelmi işçilər Aynurə Həsənova və Şəbnəm Ağayeva Estoniyanın Tartu Rəsədxanasında uzunmüddətli elmi ezamiyyətdədirlər.

Ezamiyyət zamanı A.Həsənova və Ş.Ağayeva IRAF proqram paketi ilə spektrləri işləməyi mənimsəmək məqsədi ilə kurslara cəlb olunublar. ŞAR-ın 2 m teleskopunda alınmış spektral materialın və 60 sm teleskopunda alınmış fotometrik materialın Tartu Rəsədxanası əməkdaşları ilə birgə işlənilməsi, alınmış nəticələrin birgə interpretasiyası və sonda birgə elmi məqalələrin çap etdirilməsi istiqamətində işlər aparılır.

ŞAR əməkdaşları Tartu Rəsədxanasının elmi seminarında və digər tədbirlərdə fəal iştirak edirlər. Ş.Ağayeva Tartu Rəsədxanasının elmi seminarında “Tutulan qoşa ulduz sistemlərində Rositter-MakLaflin effekti” mövzusunda məruzə ilə çıxış edib. Seminar maraqla dinlənilib və sonda verilən suallar cavablandırılıb.

Qeyd edək ki, ŞAR əməkdaşlarının ezamiyyə xərcləri Avropa İttifaqı tərəfindən “HORİZON 2020” innovasiya qrant layihəsi tərəfindən maliyyələşdirilən 823734 saylı Marie-Sklodovska-Küri Qrant Sazişi çərçivəsində ödənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: