Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.11.2022 09:20
  • A-
  • A
  • A+

AMEA-da akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Tədbirlər planı hazırlanır

AMEA-da akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Tədbirlər planı hazırlanır

“Akademik Zərifə Əliyeva ötən əsrdə Azərbaycanda qadın ziyalılarının aparıcı qüvvəsi olub, hər zaman öz zəngin dünyagörüşü və baxışı ilə fərqlənib və əsərləri bir çox xarici dillərə tərcümə olunaraq yeni oftalmoloq mütəxəssislərin yetişməsinə töhfə olub”.

Bu sözləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Akademiyanın Rəyasət Heyətinin noyabrın 22-də keçirilən iclasında “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” ölkə başçısının 3 noyabr 2022-ci il tarixli Sərəncamının icrası barədə məsələnin müzakirəsi zamanı bildirib.

Görkəmli oftalmoloq alim və ictimai xadim akademik Zərifə Əliyevanın ölkəmizdə göz xəstəliklərinin diaqnostika və müalicəsindəki mühüm xidmətlərindən danışan akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Zərifə xanım Əliyeva gözün peşə və irsiyyət xəstəliklərinə, sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərə dair fundamental tədqiqatlar apararaq bir çox insanın görməsinə işıq olub.

Nüfuzlu alimin yubileyinin yüksək səviyyədə keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verən AMEA rəhbəri akademik Zərifə Əliyevanın 100 illiyi ilə əlaqədar Biologiya və Tibb Elmləri Bölməsində beynəlxalq konfransın keçiriləcəyini, yetişdirdiyi mütəxəssislərin tədbirə çağırılacağını, onun zəngin həyatı və yaradıcılığını əks etdirən kollektiv monoqrafiyanın hazırlanacağını, Fiziologiya İnstitutunda Zərifə xanım Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə yaradılan laboratoriyanın maddi-texniki bazasının yaxşılaşdırılmasına dəstək veriləcəyini diqqətə çatdırıb.

Daha sonra Rəyasət Heyəti tərəfindən AMEA-da akademik Zərifə Əliyevanın 100 illiyinin qeyd edilməsi üzrə Tədbirlər planının hazırlanması və həyata keçirilməsi ilə əlaqədar olaraq akademik İsa Həbibbəylinin sədrliyi ilə komissiya yaradılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: