Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

13.08.2015 11:23
  • A-
  • A
  • A+

Qəbələdə arxeoloqlar tərəfindən yeni maddi-mədəniyyət nümunələri aşkar edilib

Qəbələdə arxeoloqlar tərəfindən yeni maddi-mədəniyyət nümunələri aşkar edilib

Qəbələdə növbəti dəfə  AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən arxeoloji tədqiqatlar aparılır. Qəbələ şəhərinin ərazisində SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının dəstəyi ilə aparılan arxeoloji qazıntılar zamanı yeni maddi-mədəniyyət nümunələri aşkarlanıb.

Qazıntılar Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü İlyas Babayevin rəhbərliyi ilə Çuxur Qəbələnin Səlbir və Güllütəpə adlanan ərazisində aparılıb. İ.Babayevin bildirdiyinə görə, tədqiqatlar nəticəsində ən çox diqqəti cəlb edən onlarla küpdən ibarət taxıl anbarının  və erkən dəmir dövrünə aid materialların aşkar olunmasıdır. Əldə olunan yeni eksponatlar Qəbələ Arxeoloji Mərkəzində ən müasir texnologiyalarla təchiz edilmiş laboratoriyalarda bərpa olunduqdan sonra nümayiş etdiriləcək.

Qeyd edək ki, arxeoloji qazıntılar zamanı əldə olunan 2 minə yaxın eksponat  Arxeoloji Mərkəzdə yerləşən sərgidə nümayiş etdirilir. Bütün eksponatlar haqqında dövri hesabatlar və tapıntı kitabları nəşr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: