Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.05.2023 15:49
  • A-
  • A
  • A+

ADNSU-nun tələbələri Yüksək Texnologiyalar Parkında istehsalat təcrübəsi keçiblər

ADNSU-nun tələbələri Yüksək Texnologiyalar Parkında istehsalat təcrübəsi keçiblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası kafedrasının 17 tələbəsi 16-24 may 2023-cü il tarixlərində AR Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında (YTP) müvafiq təhsil proqramına uyğun olaraq istehsalat təcrübəsi keçiblər.

Universitet tələbələrinin texnoparkın əsas istehsal fəaliyyəti neft və neft-kimya məhsulların istehsalından ibarət olan rezidentlərində təcrübə keçməsi təşkil olunub. Belə ki, tələbələrin Strateji Elmi Analitik Sınaq Mərkəzində nəzəri və təcrübi təcrübə keçməsi üçün lazımi şərait yaradılıb. Gələcəyin tədqiqatçıları ilk olaraq ümumi təhlükəsizlik tələbləri və qaydaları, giriş təlimatı və kimya laboratoriyasında fövqəladə vəziyyətdə işin dərhal dayandırılması və təhlükəsizlik tələblərinə tabe olma, bədbəxt hadisə zamanı həkiməqədər ilkin yardımın göstərilməsi kimi qaydalarla tanış olublar.

Tələbələr şəffaf neft məhsulları, yağlar, sürtkülər, xüsusi mayelər və digər məhsullarla tanış olublar. Onlar kimyəvi analiz laboratoriyalarında aparılan işlər, analizlər, onların növləri və aparılma qaydaları barədə məlumatlandırılıblar. Tələbələr, həmçinin məhlulların hazırlanması və istifadəsi qaydalarına yiyələnib, turşuların növləri, kimyəvi xarakteristikası, istifadə qaydası və saxlanılması, həlledicilərin növləri və xüsusiyyətləri barədə nəzəri məlumat əldə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: