AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Gülər Qafqazlı və Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Yaxşıxanım Nəsirova iyulun 27-29-da Türkiyənin Yalova şəhərində “Prof. Dr. Halil İnalcıkın mirası: Osmanlı dövlətinin qurulmasından Cümhuriyyət Türkiyəsinə” adlı beynəlxalq tarix araşdırmaları simpoziumunda iştirak ediblər.
Simpoziumda G.Qafqazlı “XVIII əsrdə Osmanlı hakimiyyətindəki Marağa və Soyuqbulaq şəhərlərinin iqtisadi vəziyyəti”, Y.Nəsirova isə “Salmas şəhərinin sosial-siyasi vəziyyəti Osmanlı arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri” adlı məruzələrlə çıxış ediblər.
G.Qafqazlı Osmanlı hakimiyyəti dövründə Marağa və Soyuqbulaqda mövcud olmuş iqtisadi vəziyyət haqqında 1728-ci il müfəssəl dəftəri əsasında məlumat verib və statistik göstəricilər təqdim edib. Y.Nəsirova XVIII əsrdə və XX əsrin əvvəllərində Cənubi Azərbaycanın Salmas şəhərində baş vermiş ictimai-siyasi hadisələr haqqında məlumat verib və bu hadisələrin Osmanlı arxiv sənədlərində əks olunması haqqında məruzə edib. Hər iki məruzə maraqla qarşılanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.