Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.08.2024 12:42
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşının Almaniyada təcrübə müddəti başa çatıb

Coğrafiya İnstitutunun əməkdaşının Almaniyada təcrübə müddəti başa çatıb

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu ilə Almaniyanın Yustus Libix Universiteti Coğrafiya departamenti arasında imzalanmış elmi əməkdaşlığa dair memoranduma əsasən Almaniya Federativ Respublikasına ezam edilmiş Demoqrafiya və əhali coğrafiyası şöbəsinin kiçik elmi işçisi Bəyimxanım Hüseynovanın təcrübə mübadiləsinin müddəti başa çatıb.

Mübadilə proqramı çərçivəsində 3 ay müddətinə universitetdə təcrübə keçən B.Hüseynova proqram çərçivəsində Giessen Coğrafiya Cəmiyyətinin mühazirələrində, eləcə də departamentin “Global cənubun iqlim dəyişiklikliyi və inkişafı”, “Resurs iqtisadiyyatı və Davamlı idarə”, “İqlim, iqlim dəyişikliyinin təsiri” və digər mövzular üzrə seminarlarda  iştirak edib, mühazirələr dinləyib, tədqiqat işləri aparıb.

Kiçik elmi işçi Almaniyanın bir çox regionlarına (“Grube Fortuna”, “Lahn-Mamor-Museum”, “Autumn labyrinth”, “Colonge-Bonn Region” və s.) ekskurs edərək tədqiqat işi üçün lazımlı məlumatlar toplayıb.

Mübadilə proqramının sonunda Cİ əməkdaşına Coğrafiya Departamentinin rəhbəri professor Andreas Dittmann tərəfindən diplom təqdim edilib. B.Hüseynovaya eyni zamanda “Geoparkların idarəsinin coğrafiyası” konfransında iştirak və məruzə ilə çıxış etdiyinə görə sertifikat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: