Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.08.2024 12:11
  • A-
  • A
  • A+

“Seysmoaktiv ərazilərdə yaşayan gənclərin təhlükəsizlik tədbirləri haqqında maarifləndirilməsi” qrant layihəsi çərçivəsində təlimlər keçirilib

“Seysmoaktiv ərazilərdə yaşayan gənclərin təhlükəsizlik tədbirləri haqqında maarifləndirilməsi” qrant layihəsi çərçivəsində təlimlər keçirilib

16-18 avqust 2024-cü il tarixlərində Neft və Qaz İnstitutunda gənc mütəxəssis İsmayıl İsmayılovun İdeyanı reallaşdır 2023 qrant layihəsində qalib olmuş, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Neft və Qaz İnstitutunun və Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun tərəfdaşlığı ilə həyata keçirilən “Seysmoaktiv ərazilərdə yaşayan gənclərin təhlükəsizlik tədbirləri haqqında maarifləndirilməsi” layihəsi çərçivəsində təlimlər baş tutub.

Tədbiri giriş sözü ilə Neft və Qaz İnstitutunun icraçı direktoru g-m.e.d, prof. Vaqif Qurbanov açaraq, zəlzələlər haqqında hər kəsin məlumatlandırılmasının vacibliyini, zəlzələ baş verdiyi zaman və baş verdikdən sonra təhlükəsizlik tədbirlərini bilməyin hamı üçün önəmli olduğunu vurğulayıb.

Təlimlər 3 gün olmaqla, AzDƏMTTETİ-nin elmi işçisi olan Cəvahir Rəcəbli tərəfindən həyata keçilib. İştirakçılar təlimin 1-ci günü zəlzələlər, onların növləri, təsnifatı, yaranma səbəbləri və digər ümumi məlumatlar, 2-ci günü dünyada və Azərbaycanda baş vermiş ən dağıdıcı zəlzələlər və törətdiyi fəlakətlər, 3-cü gün isə zəlzələyə hazırlıq, zəlzələ zamanı və zəlzələ baş verdikdən sonra görüləcək təhlükəsizlik tədbirləri haqqında məlumatlandırılıblar.

Təlimdə BDU, ADNSU, AzTU, ADİU, ADAU, ADA, MAA, SDU, Xəzər və s. universitetlərdən tələbə və məzunlar, o cümlədən orta təhsil müəssisələrindən şagirdlər iştirak edib. Təlimin sonunda fəal iştirak edən gənclərə sertifikat və hədiyyələr təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: