Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.12.2024 15:28
  • A-
  • A
  • A+

AMEA-nın gənc alim və mütəxəssislərinin təşkilatçılığı ilə SİNA forumu keçirilib

AMEA-nın gənc alim və mütəxəssislərinin təşkilatçılığı ilə SİNA forumu keçirilib

2-5 dekabr 2024-cü il tarixlərində Şuşa şəhərində İslam Ölkələrinin Gənclərinin iştirakı ilə “Şuşa Gənclər Festivalı” keçirilib.

3 dekabr tarixində İƏT-yə üzv dövlətlərin gənc alim və mütəxəssislərinin iştirakı ilə SİNA forumu təşkil olunub.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Forum çərçivəsində İslam mədəniyyəti və sivilizasiya, davamlı inkişaf, texnoloji yeniliklər və yaşıl gələcək naminə, süni intellekt, COP29-un çağırışları, Beşinci Sənaye inqilabı, İslam elm və təhsilinin əhəmiyyətli rolu mövzusunda müzakirələr aparılıb.

Forumda Pakistan, Əlcəzair, Liviya, İran, Tacikistan və s. ölkələrdən gənclər aktiv iştirak edib, müzakirələrə qoşulublar.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti akademik Dilqəm Tağıyev İslam dünyasının zəngin dəyərlərə sahib olduğunu bildirib. O, İslam ölkələrinin alimlərinin dünya elminə böyük töhfələr verdiyini vurğulayıb. Akademikin sözlərinə görə, Azərbaycanda elmi müəssisələrinin sayı kifayət qədər çoxdur. D.Tağıyev hazırda Azərbaycanın 51 universitetində təhsil alan 320 mindən çox tələbənin 96 faizinin gənclər olduğunu deyib.

Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov İslam dünyasından olan gənclərin elm və təhsil sahəsində bir araya gələrək, uğurlu işlər görəcəyinə inandığını bildirib. O, bu tədbir sayəsində İslam ölkələri arasında əməkdaşlığın sıx inkişaf edəcəyini diqqətə çatdırıb.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri Səadət Mustafayeva, ETN Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşı ,mexanika üzrə fəlsəfə doktoru Pərviz Müseyibli, AR ETN Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri biologiya üzrə fəlsəfə doktoru Aydan Hüsüyeva və Qarabağ Universitetinin müəllimi Leyla Babazadə çıxış edərək Forum çərçivəsində səsləndirilən İslam mədəniyyəti və sivilizasiya, davamlı inkişaf, texnoloji yeniliklər və yaşıl gələcək naminə, süni intellekt, COP29-un çağırışları, Beşinci Sənaye inqilabı, İslam elm və təhsilinin əhəmiyyətinə dair fikirlərini səsləndiriblər.

Şuşada İslam dünyasının “Gənclər Paytaxtı”nın bağlanış mərasimi dekabrın 4-də başa çatıb. Dekabrın 5-də isə festival iştirakçılarının gəzintisi təşkil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: