Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və AMEA Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Azərbaycan gəncliyi və Yaşıl dünya naminə həmrəylik ili: ekoloji problemlər, süni intellekt və fəlsəfə” adlı kitabın təqdimatı keçirilib.
Azәrbaycan Respublikasının Prezidenti cәnab İlham Әliyevin Azәrbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminә hәmrәylik ili” elan olunmasına dair 25 dekabr 2023-cü il tarixli Sәrәncamından irәli gәlәn vәzifәlәrә uyğun olaraq Azәrbaycan Milli Elmlәr Akademiyası Azad Hәmkarlar İttifaqının tәdbirlәr planına daxil edilmiş gәnc alimlәrin elmi əsərlərindən ibarət “Azәrbaycan gәncliyi vә Yaşıl dünya naminә hәmrәylik ili: ekoloji problemlәr, süni intellekt vә fәlsәfә" adlı kitabın tәqdimatı vә Yaşıl dünya naminә hәmrәylik ilinә hәsr olunmuş yekun tәdbirində ilk olaraq Dövlət Himni səsləndirilib, vətən uğrunda canından keçmiş şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Orxan Ərəbov, AMEA Azad Həmkarlar İttifaqının sədri s.e.ü.f.d., dosent Sənan Həsənov, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini müvəqqəti icra edən i.ü.f.d., dosent Nurəngiz Mikayılova, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri k.ü.f.d., dosent Elmir Babayev, AMEA-nın elmi institutlarının gənc alim və mütəxəssislər şuralarının sədrləri, AMEA-nın strukturuna daxil olan Həmkarlar Təşkilatlarının sədrləri, YAP ərazi təşkilatlarının sədrləri və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllim və tələbə kollektivi iştirak ediblər.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Orxan Ərəbov giriş nitqi ilə rəhbərlik adından iştirakçıları salamlayıb AHİK-in və ona üzv olan təşkilatların “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş tədbirlərinin əhəmiyyətinə nəzər yetirib. Cənab Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarından irəli gələn vəzifələrin şəffaflıqla yerinə yetirilməsi istiqamətində uğurlu addımları önə çəkən natiq 2024-cü ilin AHİK-in fəaliyyət istiqamətlərində əlamətdar yeniliklərlə yadda qalmasını diqqətə çatdırıb. Qarşıya qoyulmuş vəzifələrin üzv təşkilatlarla koordinasiya edilməklə həyata keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib. AHİK sədri Sahib Məmmədov tərəfindən bu istiqamətin əsas fəaliyyət proqramı kimi Həmkarlar İttifaqlarının qarşısında qoyulduğunu bildirib.
Sonra “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş videoçarx nümayiş etdirilib, nəşr olunmuş kitabın elmi-ictimai, sosial və siyasi əhəmiyyətinə dair çıxışlar və məruzələr dinlənilib.
Çıxış edən AMEA-nın müxbir üzvü, BDU-nun professoru Elşad Qurbanov müasir dövrün ekoloji problemlərinə, təbiət və cəmiyyət münasibətlərində yeni reallıqların uzlaşdırılmasına dair təhlillər aparıb. Ekoloji tarazlığın pozulmasının qarşısının alınmasında elmi biliklərin roluna diqqət çəkib. Azərbaycanın bu sahədə qarşıya qoyduğu hədəfləri təhlil edib.
Sonra AMEA Azad Həmkarlar İttifaqının sədri, s.e.ü.f.d., dosent Sənan Həsənov belə bir tədqiqat işinin ərsəyə gəlməsinə olan zərurəti və cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamından irəli gələn vəzifələr kontekstində şərh etdi. Bu Sərəncamın gənc alim və tədqiqatçıların fikirlərinə və elmi biliklərinə yol açdığını bildirdi. Bu gün qlobal təhdidlərin fonunda narahat dünyamızda Prezident İlham Əliyevin sabit dünya üçün misilsiz xidmətlərinin elmi əsaslarla tədqiqata cəlb edilməsinin vacibliyini vurğulayıb. Kitabın bu çağırışlara samballı töhfə olmasına dair fikirlərini əsaslandırıb.
Daha sonra çıxış edən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini müvəqqəti icra edən i.ü.f.d., dosent Nurəngiz Mikayılova, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri k.ü.f.d., dosent Elmir Babayev, Azәrbaycan İlahiyyat İnstitutunun kafedra müdiri fәlsәfә üzrә fәlsәfә doktoru, dosent Anar Qafarov, AMEA Qafqazşünaslıq İnstitutunun Ermәnişünaslıq şöbәsinin müdiri tarix üzrә fәlsәfә doktoru, dosent Elnur Kәlbizadә, AMEA Fәlsәfә vә Sosiologiya İnstitutunun elmi işçisi, Gәnc Alim vә Mütәxәssislәr Şurasının üzvü Vüsalә Gülmalıyeva, AMEA Folklor İnstitutunun Mifologiya şöbәsinin aparıcı elmi işçisi, filologiya üzrә fәlsәfә doktoru, dosent Elçin Qaliboğlu, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəl.ü.f.d., dosent Şölət Zeynalov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun kiçik elmi işçisi, institutun Gәnc Alim vә Mütәxәssislәr Şurasının sədri Ceyran Hüseynli çıxış edərək Azərbaycanın inkişaf strategiyasının müasir hədəflərinə toxunublar, COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Prezident İlham Əliyevin uğurlu islahatlarından və bəşəriyyətə etdiyi çağırışlardan bəhs ediblər. Müasir güclü Azərbaycanın Ulu öndər Heydər Əliyevin ideyaları ilə dünyadakı özünəməxsus yerinə dair təhlillər aparıblar. Qalib xalqla qalib Prezidentin vəhdətində güclü Azərbaycanın yenilməz olduğunu vurğulayıblar. Bu birliyin ölkəmizə qarşı edilən bütün təhdidlərin qarşısının alınmasında ümummilli gücə sahib olduğunu yekdilliklə bildiriblər.
Tədbir iştirakçıları bir daha Prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini və dövlətçiliyimiz naminə həmişə onun yanında olduqlarını bəyan ediblər. Eyni zamanda kitabın ərsəyə gəlməsinə və onun təbliğinə yaradılan imkanlara görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.
Sonda xatirə şəkli çəkdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.