21-26 avqust 2025-ci il tarixlərində AR Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Qazax Olimpiya İdman Kompleksində gənc alim və tədqiqatçıların yay düşərgəsi keçiriləcək.
Yay düşərgəsində yaşı 35-ə qədər olan gənc alim və tədqiqatçılar, eləcə də doktorant və magistrantlar iştirak edə bilər. Yay düşərgəsi “Milli dəyərlərlə rəqəmsal gələcəyə” şüarı ilə təşkil olunacaq.
Düşərgəyə buradan qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyat 5 avqusta qədər davam edəcəkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.