Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

07.04.2026 12:14
  • A-
  • A
  • A+

Arxeologiya və Antropologiya İnstitutunda “Elmi müzakirə qrupu”nun ilk görüşü keçirilib

Arxeologiya və Antropologiya İnstitutunda “Elmi müzakirə qrupu”nun ilk görüşü keçirilib

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən “Elmi müzakirə qrupu” layihəsi çərçivəsində Elm gününə həsr edilmiş növbəti görüş təşkil edilib.

Tədbirin məqsədi gənc tədqiqatçılar arasında elmi diskussiya mühitinin formalaşdırılması, təqdimat bacarıqlarının inkişaf etdirilməsi və elmi-tənqidi düşüncənin təşviq edilməsi idi.

Görüş çərçivəsində elmi işçi Ülkər Allahverdiyeva “Antropoloji tədqiqatlarda dişlər” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə, antropoloji araşdırmalarda dişlərin, fərdin yaşının və cinsiyyətinin təyin edilməsi üçün mühüm göstərici olduğu qeyd edildi və bu göstəricilərin müxtəlif metodlarla qiymətləndirildiyi bildirilib. Dişlərin ümumi  morfologiyası haqqında məlumat verildikdən sonra bu parametrlər və həmçinin, ölçüləri əsasında populyasiyalar arasındakı fərqlər və genetik əlaqələr haqqında danışıldı. Aşınma dərəcəsi və patologiyalar vasitəsilə qədim insanların qidalanma tərzi və sağlamlıq vəziyyəti müzakirə olunub.

“Elmi müzakirə qrupu” layihəsi çərçivəsində növbəti görüşlərin də keçirilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: