Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

01.05.2022 10:11
  • A-
  • A
  • A+

Kimyaçı alimlərin məqaləsi nüfuzlu xarici jurnalda dərc edilib

Kimyaçı alimlərin məqaləsi nüfuzlu xarici jurnalda dərc edilib

AMEA-nın Aşqarlar Kimyası İnstitutunun elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Rövşən Nəzərov və Bakı Dövlət Universitetinin əməkdaşı Rizvan Əskərovun xarici həmkarları ilə birgə apardıqları müştərək tədqiqatların nəticələri “Web of Science” bazasına daxil olan “Journal of Inorganic Biochemistry” adlı nüfuzlu xarici jurnalda (impakt faktoru 4.155) dərc edilib.

Məqalə zərif üzvi sintezin və kompüter modelləşməsinin imkanlarından istifadə etməklə alınmış 1-(2-R(F, CH3, Cl)-fenil)-1,4-dihidro-5H-tetrazol-5-tionların kadmium xlorid ilə komplekslərinin sintez, molekulyar, kristal strukturları və hesablama tədqiqatlarında müasir yanaşmalara həsr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: