Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.09.2022 10:04
  • A-
  • A
  • A+

Fizika İnstitutunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib

Fizika İnstitutunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib

Fizika İnstitutunda 27 Sentyabr - Anım gününə həsr olunmuş tədbir keçirilib.

Öncə Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə AMEA-nın prezidenti v.i.e, institutun baş direktoru, akademik Arif Həşimov çıxış edərək bildirib ki, şəhidləri yad etmək, onların xatirəsini daim yaşatmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Arif Həşimov qeyd edib ki, Azərbaycan xalqı bu haqq savaşında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında birləşdi. A.Həşimov torpaqlarımızın məhz cənab Prezident İlham Əliyevin rəhbərliyi, qurduğu strategiya və taktikası nəticəsində işğaldan azad edildiyini qeyd edib. Akademik şəhidlərin qanı bahasına qazandığımız qələbəni gələcək nəsillərə ötürməyin hər bir vətəndaşın borcu olduğunu vurğulayıb. Həmçinin bildirib ki, bu parlaq qələbə minlərlə şəhidimizin qanı ilə əldə edildi. Onlar əsl vətənpərvərlik və igidlik nümunəsi göstərərək torpaqlarımızın azadlıq uğrunda canlarından keçdilər.

Tədbirdə institutun Həmkarlar Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova  çıxış edərək bildirib ki, biz  xalq kimi dünyaya  göstərdik ki, ən vətənpərvər  xalqıq. Möhtərəm Prezident İlham Əliyevlə qürur duyuruq ki, onun siyasəti nəticəsində torpaqlarımız geri qaytarıldı. O I və II Qarabağ müharibəsində çox oğullarımızın  şəhid olduğunu, onların heç vaxt unudulmayacağını vurğulayıb.

Daha sonra Fizika İnstitutunun YAP Yasamal ilk Ərazi Partiya Təşkilatının nümayəndəsi Şəhla Qəmbərova və institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü.f.d Behbud İbrahimov çıxış edərək bildiriblər ki, Azərbaycanın dörd bir bölgəsindən olan vətənpərvər oğullarımızın hamısının bir amalı, bir məqsədi-Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi oldu. Bu gün qorxmadan öz torpaqlarımıza gediriksə Azərbaycan əsgərlərinin göstərdiyi şücaət nəticəsidir.

Sonra Fizika İnstitutunun rəhbərliyi və kollektivi II Şəhidlər xiyabanı ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: