Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayı çap olunub
25.11.2022 12:18
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayı çap olunub

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfərinə dair məlumat yer alıb.

Bundan əlavə, AMEA-da Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası ilə bağlı hazırlanan Tədbirlər planı, Türkiyənin Dokuz Eylül Universiteti və AMEA arasında bağlanmış müqavilə əsasında iki qurumun birgə təşkilatçılığı ilə keçirilən fundamental elmlər üzrə ikinci beynəlxalq ikitərəfli onlayn seminar, “Türk xalqlarının ədəbiyyatı: ədəbi əlaqələr, ədəbi təsir və tərcümə” mövzusunda konfrans, Akademiyada “525-ci qəzet”in 30 illik yubileyinə həsr edilən tədbir, Xəzər dənizinin səviyyə dəyişmələrinə dair aparılan müzakirələr, Şərqşünaslıq İnstitutunda “Şuşa İli”nə dair keçirilən elmi sessiya, “Mədəniyyətimizin Zəfər xatirəsi”, “İranda nələr baş verir?”, “Təbrizin folklor inciləri” sərlövhəli məqalələr, akademik Şahin Mustafayevlə müsahibə, müsabiqə və s. informasiyalarla tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: