Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Folklor İnstitutunun əməkdaşlarının məqalələri “Türk Dünyası Halkbilimi” jurnalında dərc olunub
06.12.2024 10:32
  • A-
  • A
  • A+

Folklor İnstitutunun əməkdaşlarının məqalələri “Türk Dünyası Halkbilimi” jurnalında dərc olunub

“Türk Dünyası Halkbilimi” kitabı çapdan çıxıb. 3 cilddə hazırlanan kitabda türk xalqlarının mədəniyyəti və folklorundan bəhs edən yazılar yer alıb.

Kitabın I cildində Türkiyə və Qazaxıstanla yanaşı, Azərbaycandan olan alim və tədqiqatçıların, o cümlədən AMEA-nın Folklor İnstitutunun direktor müavini fil.ü.f.d., dos. Afaq Ramazovanın “Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın folkloruna qiymət”, Mifologiya şöbəsinin müdiri fil.e.d., prof. Seyfəddin Rzasoyun “Azərbaycan xalqının mifik kimlik dünyası”, həmin şöbənin aparıcı elmi işçiləri - fil.ü.f.d., dos. Elçin Qaliboğlunun “Çağdaş Azərbaycanın zurna-balaban məktəbinin yaradıcısı Kalvalı Əli Dədə” və fil.ü.f.d., dos. İlhamə Qəsəbovanın “Qarabağ geyim mədəniyyəti”, Folklor nəzəriyyəsi şöbəsinin müdiri fil.ü.f.d., dos. Fidan Qasımovanın “Azərbaycan folklorunda inanclar və bunların mifoloji kökləri”, Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dos. Ləman Süleymanovanın “Azərbaycanın milli musiqi aləti tənburun xüsusiyyətləri və funksiyası”, Dədə Qorqud şöbəsinin aparıcı elmi elçiləri - fil.ü.f.d., dos. Aynurə Səfərovanın “Azərbaycanın cənub-şərq bölgəsində doğum adətləri və icra edilən rituallar” və fil.ü.f.d., dos. Səbinə İsayevanın “Azərbaycanın qərb bölgəsində xalq oyunları”, Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Əpoş Vəliyevin “Keçmişdən günümüzə Azərbaycan toyları” və Cənubi Azərbaycan folkloru şöbəsinin böyük elmi işçisi Lalə Bədirova Şabanovanın “Azərbaycandakı milli azlıqların xalq mədəniyyəti - Zaqatala folkloru əsasında” başlıqlı məqalələri dərc edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: