Paşayeva Nərgiz Arif qızı

Anadan olduğu yer Azərbaycan, Bakı şəhəri   
Təvəllüdü 13 dekabr 1962 
Bitirdiyi ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti, filologiya fakültəsi 
Elmi dərəcəsi Filologiya elmləri doktoru 
Elmi rütbəsi Professor 
Namizədlik (PhD)  dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı


5716.01

Azərbaycan ədəbiyyatı

“Sabirin novatorluğu” 
Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı


10.01.01., 09.00.04

Azərbaycan ədəbiyyatı, Estetika

“Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki” (xalq yazıçısı Elçinin yaradıcılığı əsasında)

Müxbir üzv seçilməsi

-         tarix

-         ixtisasın adı

30 iyun 2014-cü il

Ədəbiyyat

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-        beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı
54

 

6

 

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  
Kadr hazırlığı:

- fəlsəfə doktorlarının sayı

- elmlər doktorlarının sayı


2

Əsas elmi nailiyyətləri İnsanın bədii-estetik dərki, bədii ədəbiyyatda insan konsepsiyası Azərbaycan ədəbiyyatında folklordan başlayaraq son dövrlərə qədər ekzistensializm fəlsəfi cərəyanı işığında tədqiq edilmişdir. Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki həm dünya ədəbiyyatı, həm də estetika müstəvisində araşdırılmışdır. 
Elmi əsərlərinin adları 1. Sabirin novatorluğu. Monoqrafiya. Bakı, 1997. 224 s.

2. Antik ədəbiyyat tarixi. I hissə. Qədim Yunan ədəbiyyatı. Dərslik. Bakı, 1997. 402 s.

3. Antik ədəbiyyat tarixi. II hissə. Qədim Roma ədəbiyyatı. Dərslik. Bakı, 2000. 398 s.

4. Dünya deyilən sənmişsən. Kitab. İstanbul, 2002. 198 s.

5. Человек – образ – литература. Monoqrafiya. Bakı: Mütərcim, 2003. 184 s.

6. İnsan bədii tədqiq obyekti kimi (xalq yazıçısı Elçinin yaradıcılığı əsasında). Monoqrafiya. Bakı: XXI – Yeni Nəşrlər Evi, 2003. 255 s.

7. Yeniləşən ədəbiyyatın yeni insanı (xalq yazıçısı Elçinin yaradıcılığı əsasında). Monoqrafiya. Bakı: ATİ, 2004. 224 s.

8. Şərqin ruhu və Qərbin idrakı // “Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr” adlı Beynəlxalq İbn-Ərəbi simpoziumun materialları. Bakı, 2009.

9. Əl-Fərabi və varlığın birliyi // “Əl-Fərabi və Avropa İntibahı” adlı Beynəlxalq elmi konfransın materialları. Paris, 2010.

10. Этические основы государственного управления // Международная научная конференция «От Древней Руси к Российской Федерации: история российской государственности». Москва, 2012.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 1. Azərbaycan Yazıçılar Birliyinin üzvü.

2. “Azərbaycan Mədəniyyətinin Dostları” xeyriyyə fondunun İdarə Heyətinin üzvü.

3. “İngiltərə-Azərbaycan xeyriyyə Cəmiyyəti”nin həmsədri.

4. “ÜNS” bədii yaradıcılıq səhnəsinin” yaradıcısı və bədii rəhbəri

Pedaqoji fəaliyyəti 31 il  
Digər fəaliyyəti Prof. N.A. Paşayevanın təşəbbüsü ilə “Molla Nəsrəddin” jurnalı yenidən çap olunmuş, “Səməd Vurğunun xatirələri” kitabı, “Azərbaycan xalq çalğı alətləri” kataloqu hazırlanmış və çapdan çıxmışdır.

Görkəmli alim-şərqşünas Aida İmanquliyevanın 70 illik yubileyinə həsr edilmiş “Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr” adlı Beynəlxalq İbn-ərəbi simpoziumun təşkilatçısı (Bakı, oktyabr, 2009);

“Azərbaycan Mədəniyyətinin Dostları” xeyriyyə fondunun İdarə Heyətinin üzvü, 2006-cı ildən “ÜNS” bədii yaradıcılıq səhnəsinin” yaradıcısı və bədii rəhbəri, 2007-ci ildən “İngiltərə-Azərbaycan xeyriyyə Cəmiyyəti”nin həmsədridir.

Görkəmli bəstəkar, xalq artisti prof. F.Əlizadənin “İntizar” operasına ilk dəfə libretto yazmış və operanı yeni quruluşda təqdim olunmasına nail olmuşdur (librettonun ilk premyerası Beynəlxalq musiqi layihəsi çərçivəsində 11 may 2010-cu ildə H. Əliyev adına sarayda təqdim edilmişdir).

“Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq elmi mərkəzinin” yaradılmasının təşəbbüskarı. 2013-cü ildə Oksford Universitetinin Şərqşünaslıq departamentində Oksford Universitetinin beynəlxalq inkişaf üzrə direktoru xanım Lieyzl Elder ilə Anlaşma Memorandumu imzalamışdır.

2015-ci ildə Böyük Britaniyanın Oksford Universiteti Nizami Gəncəvi adına Azsərbaycan və Qafqazşünaslıq Mərkəzi, Şərqşünaslıq İnstitutu və Qədim antik dövr Mərkəzi ilə birgə "Şərqi Qafqaz son antik dövrdən erkən İslam dövrünə qədər" adlı elmi-praktik konfransın həmsədri olmuşdur.

2015-ci ildə 47-ci Beynəlxalq Kimya Olimpiadasının Prezidenti olmuşdur.

2016-cı ildə Böyük Britaniyanın Oksford Universitetinin ən qədim kolleclərindən biri, "Brasenose" kollecində Oksford Universiteti Nizami Gəncəvi adına Azsərbaycan və Qafqazşünaslıq Mərkəzinin növbəti beynəlxalq elmi konfransının həmsədri olmuşdur (konfransın mövzusu "Trans-Xəzər əlaqələri (V-XIII əsrlər").

2016-cı ildə Böyük Britaniyada təsis edilmiş "Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun qəyyumlar şürasının sədri seçilmişdir.

Təltif və mükafatları • 2008-ci ildə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Rusiya Beynəlxalq elmi və mədəni əməkdaşlıq Mərkəzi tərəfindən Rusiya – Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərində göstərdiyi xidmətlərə görə “Dostluqda göstərdiyi xidmətlərə görə” nişanı.

• Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan elminin inkişafında göstərdiyi xidmətlərə görə “Əməkdar elm xadimi” fəxri adı.

• Rusiya Federasiyasının Prezidenti D.Medvedevin 20 aprel 2011-ci il tarixli 483 saylı Sərəncamına əsasən Rusiya – Azərbaycan mədəni əlaqələrinin inkişafında və xaricdə rus incəsənətinin təbliğində göstərdiyi xidmətlərə görə Rusiya Federasiyasının ali dövlət mükafatı ilə – “Dostluq” ordeni ilə təltif edilmişdir. 20 iyun 2011-ci ildə Rusiya Federasiyasının Prezidenti D.Medvedev Prezidentin Moskva yaxınlığındakı “Qorki” iqamətgahının Mavi zalında xüsusi xidmətlərinə görə əcnəbi vətəndaşlara ali dövlət mükafatlarının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasimdə “Dostluq” ordeni.

• Mədəniyyət sahəsində göstərdiyi xidmətlərə görə 2011-ci ilin aprel ayında YUNESKO-nun “Mədəniyyətlərin müxtəlifliyinə görə” medalı.

• Rusiya və Azərbaycanın strateji tərəfdaşlığında humanitar tərkib hissənin möhkəmlənməsinə şəxsi töhfələrinə görə prof. N.A.Paşayeva Rusiya Federasiyasının Prezidenti D. Medvedevin Sərəncamı ilə “Dostluq” ordeni. Mükafatı 04 aprel 2012-ci ildə Bakıda rəsmi səfərdə olan Rusiya Federasiyasının Xarici işlər naziri S. Lavrov MDU-nun Bakı filialında şəxsən təqdim etmişdir.

• Macarıstanın Prezidenti Pal Şmidtin 11 mart 2012-ci tarixli Sərəncamı ilə professor Nərgiz Paşayeva 30 aprel 2012-ci ildə Macarıstanın dövlət mükafatı ilə – “Xidmətlərə görə” Komandor xaç ordeni. “ÜNS” yaradıcılıq səhnəsində keçirilən təqdim mərasimində ali dövlət mükafatını Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutoro təqdim edib.

• “Qafqaz” Universiteti ilin adamını seçir” layihəsi çərçivəsində 2012-ci ildə “Beynəlxalq arenada Azərbaycanın təbliğində göstərdiyi xüsusi xidmətlərinə görə” nominasiyasında fəxri fərman.

• 2012-ci ildə “Avropa ticarət, kommersiya və sənaye iqtisadi palatası”nın (“European Chamber of Trade, Commerce and İsndustry – EEİG”) Qızıl ordeni. Mükafatı Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatası Direktorlar Şurasının sədri, professor Haynts Helmut Veypustek təqdim etmişdir.

• Azərbaycan və Fransa əməkdaşlığının inkişafında göstərdiyi aramsız fəaliyyətinə görə 2013-cü ildə zabit dərəcəli “Akademik Palma” fransız ordeni. Mükafatı Fransanın Azərbaycandakı səfiri Paskal Monye təqdim etmişdir.

• 2014-cü ildə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının ölkəmizin 20 müxtəlif nüfuzlu universiteti arasında keçirdiyi sorğuya əsasən “İlin Rektoru” adına layiq görülmüşdür . Qeyd edək ki, sorğuya Rusiya, Ukrayna, Çexiya və Polşada yaşayan gənc soydaşlarımız da qatılmışdır.

• 2015-ci ildə M.V.Lomonosov adına MDU-nun Bakı filialının yaradılması və inkişafında, Moskva Universiteti ilə səmərəli əməkdaşlığın qurulmasında böyük xidmətlərinə görə Lomonosov adına MDU-nun Elmi Şurasının qərarı ilə, Moskva Dövlət Universitetinin Fəxri professoru adına layiq görülmüşdür.

• 2015-ci ildə 47-ci Beynəlxalq Kimya Olimpiadasının təşkili və keçirilməsi sahəsində böyük təşkilatçılıq fəaliyyətinə görə professor Nərgiz Paşayeva Moldova Elmlər Akademiyasının diplomu ilə təltif olunub.

• 2015-ci il. 47-ci Beynəlxalq Kimya Olimpiadasının Prezidenti

• 2015-ci il, Böyük Britaniya, Oksford. Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Mərkəzi, Şərqşünaslıq İnstitutu və Qədim Antik Dövr Mərkəzi ilə birgə “Şərqi Qafqaz son antik dövrdən erkən İslam dövrünə qədər” adlı elmi-praktik konfransının həmsədri olmuşdur.

• 2016-cı il, Böyük Britaniya, Oksford. Oksford Universitetinin ən qədim kolleclərindən biri, "Brasenose" kollecində (https://www.bnc.ox.ac.uk), Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin növbəti beynəlxalq elmi konfransının həmsədri olmuşdur. Konfransın mövzusu: Trans-Xəzər əlaqələri (V-XIII əsrlər).

• 2016 - cı il Böyük Britaniya. "Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondu" təsis edilmişdir. Qəyyumlar şürasının sədri seçilmişdir.

İş yeri və ünvanı M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəs., Universitet küç., 1 
Vəzifəsi Rektor 
Xidməti tel. (+994 12) 5989727 
Mobil tel .  
Ev tel.  
Faks (+994 12) 5989323
Elektron poçtu rektor@msu.az