Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.06.2022 10:21
  • A-
  • A
  • A+

Biofizika İnstitutunun gənc alimi doktorantların sessiyasında məruzə ilə çıxış edib

Biofizika İnstitutunun gənc alimi doktorantların sessiyasında məruzə ilə çıxış edib

Azərbaycan Milli Elmlər Akademiyasının və Fransanın Monpelye Universitetinin 2019-cu ildə elan etdiyi ikili diplom proqramı üzrə doktorantura müsabiqəsinin qalibi, AMEA-nın Biofizika İnstitutunun İnteqrativ biologiya laboratoriyasının kiçik elmi işçisi Zərifə Osmanlı tədqiqat işlərinin nəticələrini 17 iyun 2022-ci il tarixində Monpelye Hüceyrə Biologiyası Mərkəzində keçirilən Monpelye Universiteti doktorantlarının sessiyasında təqdim edib.

Gənc alimin “The difference of structural state between canonical proteins and their informs established by proteome-wide bioinformatics analysis” mövzusunda çıxışı maraqla qarşılanıb, məruzə ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları ətraflı cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: