Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.06.2022 12:45
  • A-
  • A
  • A+

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirib

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirib

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası və Yeni Azərbaycan Partiyası AMEA Rəyasət Heyəti Aparatının Ərazi təşkilatı 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP AMEA Rəyasət Heyəti Aparatının Ərazi təşkilatının sədri, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yoluna qısa şəkildə nəzər salıb, 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən danışıb.

Daha sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev çıxış edərək Azərbaycan Silahlı Qüvvəllərinin peşəkar hazırlığından və Ali Baş Komandan İlham Əliyevin ordumuza olan diqqət və qayğısından danışıb. Elmir Babayev bu gün Azərbaycan gənclərinin böyük fəxr və iftixarla ordu sıralarına yazıldıqlarını, vətənə xidmətlə şərəf duyduqlarını xüsusi vurğulayıb.

YAP Yasamal rayon AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini Fərid Mustafayev öz çıxışında Silahlı Qüvvələr Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, Azərbaycan ordusunun əsgər və zabit heyətinə vətənə xidmətlərində uğurlar arzulayıb.

Sonra tədbir məruzələrlə davam etdirilib. AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi Günel Əzimova “Zəfər Salnaməsinin memarları”, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının elmi katibi Aysən Fərəcova “Azərbaycanın ordu quruculuğu” mövzusunda məruzələri maraqla dinlənilib.

Tədbirdən sonra gənc alimlər Birinci Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Daha sonra isə İkinci Fəxri xiyabanı ziyarət edərək Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarına ehtiram əlaməti olaraq gül dəstələri düzüblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: