Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.09.2022 17:15
  • A-
  • A
  • A+

Beynəlxalq yay məktəbi iştirakçıları palçıq vulkanlarında geoloji-geokimyəvi tədqiqatlar aparıblar

Beynəlxalq yay məktəbi iştirakçıları palçıq vulkanlarında geoloji-geokimyəvi tədqiqatlar aparıblar

Neft və Qaz İnstitutu, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) və Oslo Universitetinin birgə təşkilatçılığı ilə “Palçıq vulkanları və neft-qaz sistemləri” mövzusunda beynəlxalq yay məktəbi davam edir.

Yay məktəbi iştirakçıları “AT-Geotech” MMC-nin əməkdaşları və UFAZ-ın müəllim və tələbələri ilə birgə 3-5 sentyabr 2022-ci il tarixlərində Lökbatan palçıq vulkanında geofiziki tədqiqatlar aparıblar. Bundan başqa, iştirakçılar Bozdağ-Güzdək, Dəvəboynu palçıq vulkanlarında geoloji-geokimyəvi tədqiqatlar həyata keçiriblər.

Qeyd edək ki, beynəlxlaq yay məktəbi 8 sentyabr 2022-ci il tarixinədək davam edəcək. Yay məktəbi Neft və Qaz İnstitutu, MDU və Oslo Universiteti arasında 2018-ci ildə imzalanmış üçtərəfli müqaviləyə əsasən keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: