Azərbaycan Milli Elmlər Akademiyası Avrasiya Universitetlər Birliyinin (EURAS) rəsmi üzvlüyünə qəbul edilib.
EURAS-ın prezidenti, professor Mustafa Aydın bununla bağlı üzvlük sertifikatını AMEA rəhbərliyinə göndərib.
Qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyası bundan sonra EURAS tərəfindən təmin edilən bütün imtiyazlardan və üstünlüklərdən istifadə etmək hüququna malikdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.