Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.06.2023 14:38
  • A-
  • A
  • A+

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu - Hesabat dövrü ərzində maksimum sinifli alışma M 4.2 (R1) olmuşdur. Hal-hazırda Günəşin səthində aktiv ləkə qrupunun sayı azalaraq 7-yə düşmüşdür, aktiv ləkələrin sayı isə 110-dur. İyunun 4-ü baş vermiş CME-nin (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) Yerə istiqamətlənmiş komponentinin olub-olmadığı analiz olunur.

Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə (maks: 653 pfu), enerjisi 10 MeV-dən çox enerjili proton seli isə fon səviyyəsində olmuşdur.

Günəş küləyinin sürəti isə 465 km/san-yə  kimi artmışdır. Planetlərarası maqnit sahəsinin ümumi intensivliyi artaraq Yer orbitində 12 nT, radial istiqamətdə isə -11 nT olmuşdur. Hal-hazırda planetlərarası maqnit sahəsinin ümumi intensivliyi Yer orbitində 7.79 nT, radial istiqamətdə isə 1.59 nT-dir.

Geomaqnit sahə sakit-aktiv fazalarda olmuşdur, Tac dəliyi ilə bağlı G1 sinifli geomaqnit qasırğası proqnozlaşdırılsa da, baş verməmişdir. Hal-hazırda isə geomaqnit sahə sakitdir (Kp=1+).

Kosmik hava proqnozu - Proqnoz günlərində (05-11 iyun) Günəş fəallığının zəif olacağı gözlənilir. C sinif alışmanın baş verməsi ehtimalı 99%, M sinif 35%, X sinif isə 10% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin sakit və həyacanlaşmış səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə 7 iyunda S1 səviyyəsinə qədər qalxacağı gözlənilir.

Günəş küləyinin sürətinin günəşin qərb yarımkürəsindəki iki tac dəliyi və müsbət qütblü CH HSS-in (Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) təsiri ilə artacağı gözlənilir.

Proqnoz dövrü ərzində müsbət qütblü CH HSS təsiri ilə 05 iyunda G1 səviyyəli geomaqnit qasırğasının olması, 06-07 iyunda da bu təsirin davam edəcəyi proqnozlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: