Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.07.2023 12:25
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı beynəlxalq qurultayda iştirak edib

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı beynəlxalq qurultayda iştirak edib

AR Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının elmi işçisi Nərgiz Bayramova Rusiya Federasiyasının Nijni Novqorod şəhərində elmi ezamiyyətdə olub.

Ezamiyyənin məqsədi Ümumrusiya Gənc Alim və Tələbə Elmi Cəmiyyətinin “Müasir dövrün gənci” adlı XI Qurultayında iştirak etmək olub. 2023-cü ildə Rusiya Federasiyasının Nijni Novqorod şəhərinin Gənclər paytaxtı elan olunması ilə əlaqədar olaraq, qurultay məhz bu şəhərdə keçirilirib. Dörd gün davam edən qurultayda müxtəlif ölkələrdən (Özbəkistan, Qırğızıstan, Belarus və s.) 1000-dən çox gənc iştirak edib.

Qurultayın əsas məqsədi elmin populyarlaşdırılması, daha erkən yaşlardan elmə həvəsin artırılması, gənc tədqiqatçıların elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədilə görülən işlərin mübadiləsi, gələcək üçün yeni fəaliyyət planlarının hazırlanması istiqamətində fikirlərin müzakirəsi olub.

Nərgiz Bayramova gənclərin elmdəki rolu və gələcək perspektivləri barəsində keçirilən müzakirələrdə fəal iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: