Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.07.2023 15:10
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun gənc alimi İstanbulda keçirilən konqresdə çıxış edib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun gənc alimi İstanbulda keçirilən konqresdə çıxış edib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi Günel Əzimova 9-14 iyul 2023-cü il tarixlərində Türkiyənin İstanbul Texniki Universitetinin Süleyman Demirel adına Kültür Mərkəzində keçirilmiş “19Th Asian Chemical Congress”ində iştirak edib.

Gənc alim Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “HORİZON 2020” proqramı çərçivəsində Belçikanın, Almaniyanın, Niderlandın, İngiltərənin, Fransanın və Norveçin 9 elmi tədqiqat mərkəzləri və universitetləri  ilə birgə yerinə yetirdiyi layihə üzrə “Effect of Preparation Methods on Structure of MnOx-Na2WO4/SiO2 Catalysts and Their Activity in the Oxidative Condensation of Methane” mövzusunda məruzə ilə çıxış edib.

G.Əzimova konqres müddətində bir sıra aparıcı universitetlərin nümayəndələri ilə elmi əlaqələrin qurulması və birgə layihələrin işlənilməsi istiqamətində müzakirələr aparıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: