Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Böyük Adron Kollayderində ilk dəfə təcrübədə neytrino aşkar edilib
02.10.2023 11:03
  • A-
  • A
  • A+

Böyük Adron Kollayderində ilk dəfə təcrübədə neytrino aşkar edilib

Alimlər tərəfindən Böyük Adron Kollayderində (Large Hadron Collider) aparılan tədqiqatlarda ilk dəfə olaraq neytrinonun birbaşa müşahidə olunduğu qeyd edilir. Alınmış nəticələr zərrəciklərin necə əmələ gəldiyini və kainatın təkamülündə onların rolunu öyrənməyə kömək edəcək.

Sirli subatom zərrəciklərin adi materiyadan fərqliliyi, maneəsiz olaraq oranı tərk etməsi - onların “ruh-zərrəcik” ləqəbi ilə tanınmasına səbəb olmuşdur. Bu tədqiqatların nəticələrinə dair iki məqalə “Physical review letters” jurnalında çap edilib (131.031801, 131.031802).

Qeyd edək ki, təcrübələrdə FASER (ForwArd Search ExpeRiment) detektorundan istifadə edilib və nəticələr, Kaliforniya Universitetinin elementar zərrəciklər üzrə mütəxəssəsi Jonatan Fenq  tərəfindən bu ilin mart ayında İtaliyada keçirilən "Rencontres de Moriond Electroweak Interactions and Unified Theories" konfransında açıqlanmışdır. Alim çıxışında - "Tamamilə yeni mənbədən istifadə etməklə iki böyük enerjiyə malik zərrəciklər dəstəsini toqquşdurmaqla tərəfimizdən neytrino aşkarlanmışdır”, - deyə bildirib.

Neytrino - kainatda ən çox yayılmış subatom hissəciklərindən biridir. Bu baxımdan o yalnız fotonlardan geri qalır. Onların elektrik yükü yoxdur, kütləsi demək olar ki, sıfırdır. Bu səbəbdən digər hissəciklərlə praktiki olaraq qarşılıqlı təsirdə olmurlar. İnsan bədənindən yüz milyardlarla neytrino keçir. Onlar enerji mübadilələri zamanı, məsələn, ulduzların daxilində gedən nüvə sintezi və ya ifratyeni ulduz (supernova) partlayışları zamanı əmələ gəlirlər. Kosmosun “dərinlikləri” haqqında başqa heç cür əldə edə bilmədiyimiz  məlumatları neytrinoları öyrənməklə əldə etmək olar.

Qeyd edək ki, FASER tədqiqat qrupu detektor vasitəsilə ilə əldə olunmuş məlumatları hələ ki, tam analiz etməyib. Gələcəkdə bu sahə üzrə yeni eksperimentlərin aparılması nəzərdə tutulur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: