Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.02.2024 13:54
  • A-
  • A
  • A+

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı artmışdır. Maksimal aktivlik 3576 oblastında M9.04  və 3575 oblastında X3.38 alışmalar olmuşdur. Həftə ərzində alışmaların təsirindən ardıcıl olaraq Tac Kütlə Atılmaları, R2-R3 səviyyəli radiosiqnalların kəsilməsi, 10 sm dalğa uzunluğunda radioalışmalar və II-IV tip radioemissiya qeydə alınmışdır. Hal-hazırda Günəş ləkələrinin sayı artaraq, 8 ləkə qrupunda 144 ləkə müşahidə olunur.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika  Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə olmuşdur. 10 MeV-dən çox enerji yüklü proton seli isə 09-12 fevral tarixlərində yüksələrək S2 səviyyəli radiasiya qasırğası baş vermişdir (maks: 187 pfu). 

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti artaraq 1104 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti  Yer orbitində 19 nT, radial istiqamətdə isə  -15 nT  olmuşdur. 11 fevralda 40 nT geomaqnit impuls qeydə alınmışdır. Hal-hazırda Günəş küləyinin sürəti 494 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 6 nT, radial istiqamətdə isə  4 nT təşkil edir.

Hesabat dövrü ərzində geomaqnit sahəsi 11 fevralda  qısa müdddətli G1 səviyyəsinədək yüksəlmişdir. Hal-hazırda Kp indeksi ~2-yə bərabərdir, lakin Günəş küləyinin sıxlığı artmışdır.

Kosmik hava proqnozu – Proqnoz günlərində (12-18 fevral) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 65%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 20% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə TKA təsiri nəticəsində yenidən S1 səviyyəsinə yüksələcəyi gözlənilir.

Günəş küləyi  sürətinin 08 və 10 fevralda baş vermiş TKA-nın təsiri ilə artacağı gözlənilir.

Geomaqnit sahəsi – 08 və 10 fevralda baş vermiş TKA təsiri ilə 12-14 fevral tarixlərində geomaqnit sahəsinin aktivliyinin artması və G1 (zəif) - G2 (orta) səviyyəli geomaqnit qasırğası gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: