Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb
16.02.2024 12:35
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib” başlıqlı yazı və Prezident İlham Əliyevin akademik Arif Paşayevə 90 illik yubileyi münasibətilə ünvanladığı təbrik yer alıb.

Qəzetin bügünkü sayında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin müəllifi olduğu “Dəmir yumruq”lu və Zəfər bayraqlı lider” adlı məqalə, akademik İsa Həbibbəylinin iştirak etdiyi Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə bağlı tədbirə dair xəbər, eləcə də akademik Roin Metrevelinin akademik İsa Həbibbəyliyə ünvanladığı təbrik məktubu dərc edilib.

Həmçinin qəzetdə “Azərbaycan elm tarixində yeniliklərə imza atmış akademik” və “Elementar zərrəciklər fizikası sahəsində tanınmış alim” başlıqlı yubiley məqalələri, AMEA-nın Direktorlar Şurasının ilk iclası haqqında xəbər və digər əhəmiyyətli tədbirlərə dair məlumatlarla tanış ola bilərsiniz.

Qəzetin rus və ingilis dili bölməsində ötən həftə Akademiyanın fəaliyyətini əks etdirən yazılar, akademik Adil Qəribovla Azərbaycanda keçiriləcək COP-29-un əhəmiyyəti mövzusunda müsahibə, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin ikicildlik “Sufi fenomenologiya” monoqrafiyası haqqında yazı, həmçinin son elmi yeniliklərə dair informasiyalar yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: