Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.07.2021 17:13
  • A-
  • A
  • A+

Akademik Oksford Universiteti tərəfindən “Şöhrət” medalı ilə təltif edilib

Akademik Oksford Universiteti tərəfindən “Şöhrət” medalı ilə təltif edilib

Azərbaycan torpaqlarının aqroekoloji problemlərinin görkəmli tədqiqatçısı akademik Qərib Məmmədov Böyük Britaniyanın Oksford Universiteti nəzdində “Sokrat Komitəsi”nin qərarı ilə dünya elminə verdiyi töhfəyə görə, “Şöhrət” medalı ilə təltif edilib.

Bu mötəbər medal bütövlükdə Azərbaycana və onun elminə verilən böyük qiymətdir. Avropanın mötəbər qurumunun yüksək mükafatına layiq görülən alim ömrünün 50 ilə yaxın bir dövrünü elmin inkişafına həsr edib, bu sahədə müstəqil dövlətimizin güclənməsi naminə şərəflə xidmət göstərib. 

Akademik Qərib Məmmədovun tədqiqatları təkcə torpaqşünaslıq və ekologiya üzrə deyil, torpaqların coğrafiyası, meliorasiyası, rekultivasiyası, mühafizəsi, aqroekologiyası, aqrokimyası, torpaq örtüyünün strukturu, torpaqların CİS əsasında tədqiqi və digər elm sahələrinin inkişafı ilə də bağlıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: