Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.04.2019 16:32
  • A-
  • A
  • A+

Elmmetrik bazalar və akademik sosial şəbəkələrdən istifadə qaydalarına dair seminar keçirilib

Elmmetrik bazalar və akademik sosial şəbəkələrdən istifadə qaydalarına dair seminar keçirilib

Aprelin 12-də AMEA-nın Əsas binasında Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin Elmi-analitik şöbəsinin təşkilatçılığı ilə “Elmmetrik bazalar və akademik sosial şəbəkələrdən istifadə qaydaları” mövzusunda seminar keçirilib.

Tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının aidiyyatı nümayəndələri iştirak ediblər.

Seminarı Elmi-analitik şöbənin müdiri Fail Kazımov açaraq "Web of Science", “Scopus”, "Scimago Journal & Country Rank" kimi nüfuzlu bazalarda AMEA-nın elmi göstəriciləri, eyni zamanda akademik sosial şəbəkələrdən istifadə və onların əsas üstünlükləri barədə geniş məlumat verib.

F.Kazımov elmi müəssisələrin fəaliyyətinin təhlili və qiymətləndirilməsi üçün bu bazalardan istifadə qaydalarının mükəmməl mənimsənilməsinin zəruri olduğunu vurğulayıb.

Seminarda, həmçinin “Web of Science” və “Scopus”da indeksləşən jurnallarda məqalələrin düzgün axtarışı, onların müvafiq kateqoriyalar üzrə təsnifləşdirilməsi haqqında danışılıb.

Daha sonra həmin şöbənin müdir müavini Turan İsazadə elmmetrik bazalar və akademik sosial şəbəkələrdə axtarışın aparılması, alimlərin profillərinin yaradılması ilə bağlı təlimatı seminar iştirakçılarının diqqətinə çatdırıb.

Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: