Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Koronavirus vaksininin qiyməti bəlli oldu
29.07.2020 13:21
  • A-
  • A
  • A+

Koronavirus vaksininin qiyməti bəlli oldu

Amerikada hazırlanan koronavirus vaksininin qiyməti 50-60 dollar civarında olacaq. 

www.reuters.com saytının verdiyi məlumata görə, ABŞ-da vaksin üzərində işin son mərhələsinə keçid edən biotexnologiya şirkəti olan "Moderna" hazırladığı peyvəndin ehtimal edilən qiymətini açıqlayıb. Bir kurs peyvəndin qiyməti 50-60 dollar arasında dəyişəcək. Bu isə bir dozaya görə 25-30 dollar deməkdir.

Qeyd edilir ki, bu qiymət ABŞ və yüksək gəlirli ölkələr üçün nəzərdə tutulub.

Vaksin üzərində çalışan başqa şirkətlər isə koronavirusun dərmanına daha məqbul qiymət verməyi düşünürlər. Məsələn, 100 milyon doza vaksin barədə ABŞ hökuməti ilə razılaşan "Pfizer" və Almaniyanın "BioNTtech"i öz məhsullarını 19,5 dollar, Britaniya-İsveç ortaq şirkəti olan "AstraZeneca" isə 3-4 dollar dəyərində qiymətləndiriblər. 

Xatırladaq ki, bir neçə gün öncə "Moderna" vaksinin kliniki sınaqlarında 3-cü kliniki mərhələyə keçdiyini açıqlayıb. Sınaqlarda 30 min könüllü iştirak edəcək.

  • Paylaş: