www.science.az
17.06.2016 11:05

AMEA-nın prezidenti İtaliyada ezamiyyətdədir

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyada elmi ezamiyyətdədir. Məqsəd İtaliyanın Milli Tədqiqat Şurası ilə AMEA arasında əməkdaşlıq üzrə müqavilənin yenilənməsi və imzalanmasıdır.

Sənəddə iki qurum arasındakı birgə tədqiqat layihələrinin və seminarların keçirilməsi nəzərdə tutulur.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirovun daxil olduqları nümayəndə heyəti əvvəlcə Bikokka Milan Universitetində görüşlər keçirəcək, daha sonra İtaliyanın Milli Tədqiqat Şurasının Roma ofisində müqavilənin imzalama mərasimində iştirak edəcəklər.

Ezamiyyət çərçivəsində, akademik A.Əlizadənin AMEA ilə İtaliyanın Milli Tədqiqat Şurası arasındakı əməkdaşlıq perspektivlərinə dair məruzəsi, həmçinin son 5 ildə aparılan tədqiqatların hesabatı dinləniləcək.

Səfər iyunun 26-dək davam edəcək.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.