Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Elm TV”də Yüksək Texnologiyalar Parkının rezidenti “Bakı Polimer İstehsalat” MMC-nin istehsala başlaması ilə bağlı videosüjet yayımlanıb
09.08.2021 17:20
  • A-
  • A
  • A+

“Elm TV”də Yüksək Texnologiyalar Parkının rezidenti “Bakı Polimer İstehsalat” MMC-nin istehsala başlaması ilə bağlı videosüjet yayımlanıb

AMEA-nın “Elm TV” internet televiziyasında 2020-ci ildən AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “Bakı Polimer İstehsalat” MMC-nin istehsala başlaması ilə bağlı videosüjet yayımlanıb.

Süjetdə bildirilib ki, “Bakı Polimer İstehsalat” MMC yüksək texnologiyalardan istifadə etməklə sənayedə istifadə olunan çürüyən və çürüməyən streç filmlərin istehsalı üzrə ixtisaslaşmış kompleks kimi öz fəaliyyyət qabiliyyəti ilə seçilir.

Videosüjetdə müəssisənin direktoru Cavid Hüseynov şirkətin fəaliyyət istiqamətləri haqqında məlumat verib. Qeyd edib ki, müəssisə streç filmlərin qida, sənaye və digər sahələrdə tətbiqi üçün satışı və idxalını həyata keçirir: “Ölkədə ilk dəfə olaraq ən son texnologiyalar əsasında hazırlanan tam robotlaşdırılmış avadanlığımız 7 mikron qalınlığa qədər 5 qat streç film istehsalına imkan verir. Bu isə daha kiçik qalınlıqda olmasına baxmayaraq ağırçəkili yüklərin qablaşdırılmasını mümkün edir. Avadanlıq gün ərzində 6 tona qədər hazır məhsul təqdim etmə gücünə malikdir”.

Vurğulanıb ki, potensial alıcılar şəbəkəsinə malik şirkət indiyədək məhsullarını xaricdən idxal etsə də hazırda ən müasir texnologiyalarda istifadə edərək yerli bazarın tələbatını ödəməklə yanaşı, digər ölkələrə də məhsul ixracının həyata keçirilməsini nəzərdə tutur. Qida streçinin hazırlanmasında insan sağlamlığına zərər yetirməyən, dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan və təbiətdə parçalanan streç materialdan istifadəyə nəzarət edilir.

Süjetdə qeyd olunub ki, istehsal sahələri artdıqca sözügedən məhsula da tələbat çoxalır. “Bakı Polimer İstehsalat” MMC bu tələbatın öhdəsindən tam şəkildə gələ biləcəyinə əmindir.

Videosüjeti təqdim edirik:

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: