AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan “Elm və Texnologiya Parkı” MMC-də Azərbaycanda müasir standartlara cavab verən yeni nəsil pilotsuz uçuş aparatlarının hazırlanması istiqamətində işlər görülür.
İlk mərhələdə daxili bazarda tələbatın ödənilməsi, daha sonra isə aparatların ixracı nəzərdə tutulur. Bu aparatların intuitiv idarəetmə sistemi pilot olmayan şəxslərin qısamüddətli kurs keçməklə və müvafiq icazəni almaqla onları idarə etməsinə imkan verir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.