Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Oktyabrın 4-dən “Nobel həftəsi” başlanır
30.09.2021 12:23
  • A-
  • A
  • A+

Oktyabrın 4-dən “Nobel həftəsi” başlanır

Oktyabrın 4-dən başlayaraq 2021-ci il üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanacaq. İlk olaraq fiziologiya və tibb üzrə qalibin adı elan olunacaq.

Oktyabrın 5-də fizika, 6-da isə kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq.

Ədəbiyyat üzrə Nobel mükafatının sahibi oktyabrın 7-də bəlli olacaq. Oktyabrın 8-də sülh və oktyabrın 11-də iqtisadiyyat üzrə Nobel mükafatı qaliblərinin adları elan olunacaq.

Qeyd edək ki, bu il davam edən koronavirus pandemiyası səbəbindən Nobel mükafatları dekabrın 10-da, Stokholmda keçirilən rəsmi mərasimdə deyil, laureatların yaşadıqları ölkələrdə veriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: