2021-ci il Fizika üzrə Nobel mükafatı laureatlarının adları məlum olub.
İsveç Kral Elmlər Akademiyasının Nobel Fizika Komitəsinin yaydığı məlumata əsasən, sözügedən mükafat Syukuro Manabe (ABŞ), Klaus Hasselman (Almaniya) və Corcio Pariziyə (İtaliya) verilib.
Alimlər müxtəlif mürəkkəb sistemlərin, o cümlədən iqlimin öyrənilməsində göstərdikləri xidmətə görə bu mükafata layiq görülüblər.