Oktyabrın 16-da saat 05:34-də ABŞ Milli Aeronavtika və Kosmik İdarəsinin (NASA) “Lucy” kosmik gəmisi rekord sayda planeti araşdırmaq üçün fəzaya göndəriləcək. 12 il üçün nəzərdə tutulan missiya NASA-nın Floridadakı mərkəzindən “United Launch Alliance Atlas V 401” raketi ilə buraxılacaq.
Missiya nəticəsində planetlərin mənşəyi və Günəş sisteminin yaranması haqqında geniş məlumatların əldə olunması planlaşdırılır. Həmçinin bu, Yupiterin Troyan asteroidlərini araşdırmaq üçün NASA-nın ilk missiyası olacaq.
12 illik missiyanın gedişində “Lucy” Yerə üç dəfə geri dönəcək və o, Xarici Günəş sistemindən planetimizə qayıdan ilk kosmik gəmi olacaq.
Tərcümə etdi: Alidə ZEYNALOVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin aparıcı mütəxəssisi