Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

MEK fondlarının zənginləşdirilməsi istiqamətində işlər davam etdirilir
07.12.2021 14:42
  • A-
  • A
  • A+

MEK fondlarının zənginləşdirilməsi istiqamətində işlər davam etdirilir

 

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) fondlarının zənginləşdirilməsi üçün beynəlxalq mübadilə çərçivəsində yeni nəşrlər daxil olmaqda davam edir.

Bu günlərdə MEK-ə Şotlandiya, Yaponiya, Almaniya və Türkiyədən ingilis, alman, ispan və türk dillərində elmi nəşrlər təqdim olunub.

Nəşrlər sırasında Şotlandiyanın Milli Kitabxanasından “The Royal Society of Edinburgh” (Edinburq Kral Cəmiyyəti), Yaponiyanın Riyaziyyat Cəmiyyətindən “Journal of Mathematical Sciences” (Riyaziyyat Elmləri Jurnalı), Meksika Milli Astronomiya Rəsədxanası Astronomiya İnstitutundan astronomiya və astrofizika jurnalı, Almaniyanın Senkenberq Tədqiqat İnstitutu və Təbiətşünaslıq Muzeyindən  “Palaeobiodiversity and Palaeoenvironments” (Palaeobiomüxtəliflik və Palaeomühitlər), Türk Ocaqları təşkilatından “Türk Dünyası Araştırmaları” kimi müxtəlif  jurnallar daxil olub.

Jurnallarda riyaziyyat, zoologiya, biologiya, dənizçilik, genetika, tarix barədə elmi məqalələr öz əksini tapıb.

Tədqiqatçılar üçün qiymətli mənbə hesab edilən bu nəşrlər, MEK-də öz oxucularını gözləyir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: