Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Mərkəzi Elmi Kitabxananın fondlarına nəşrlər daxil olmaqda davam edir
13.12.2021 15:45
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxananın fondlarına nəşrlər daxil olmaqda davam edir

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) fondlarına yeni nəşrlər daxil olub.

Bu yaxınlarda Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev özünün müəllifi olduğu, kulturoloji məqalələr, tarixi publisistika, politoloji qeydlər, müsahibələr, sənədli oçerk və esselərdən ibarət olan “Vilnüs-Bakı. Mədəniyyət körpüləri və dialoq meridianları” adlı kitabını MEK-ə hədiyyə edib.

Günbəgün zənginləşən MEK fonduna daxil olan nəşrlər sırasında “Azərbaycan tarixi” (İntiqam Cəbrayılov, Tural Məmmədov) abituriyentlər üçün dərs vəsaiti, Kənan Hacının “Hakimə açılan atəş” romanı, Hacı Niftalı Şıxların “Bizim əfsanəvi kosmos generalımız. General-leytenant-mühəndis Kərim Abbasəli oğlu Kərimov-100” kitabı və digərləri yer alır.

Həmçinin kitabxananın bir neçə ay əvvəl istifadəyə verilmiş “Qarabağ müharibəsi qəhrəmanları” fonduna da yeni nəşrlər daxil olub. Bunların sırasında, Bahar Bərdəlinin “Qarabağın dayağı Bərdə-Bərdənin qüruru şəhidlər”, Suma Sakitqızının “Fatehlər Sabirabad şəhidləri” adlı kitabı, Mərziyyə Nəcəfovanın “Poeziyamızın Qarabağ savaşı - Vətən müharibəsi” adlı monoqrafiyası, “History of Azerbaijan” və digər nəşrlər var.

Qeyd edək ki, kitabxanaya müntəzəm şəkildə müəlliflər və təşkilatlar tərəfindən də müxtəlif elmi mövzuları əhatə edən nəşrlər daxil olur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: